“Mançester Siti”nin futbolçusu əməliyyat olundu

“Mançester Siti”nin futbolçusu Aleksandr Zinçenko sıradan çıxıb.

Komanda.az xəbər verir ki, 22 yaşlı ukraynalı oyunçu əməliyyat olunub. Bu barədə Zinçenko rəsmi “instagram” səhifəsindən məlumat yayıb.

Bir müddət əvvəl dizindən zədə alan Zinçenkonun sağalma müddəti isə bəlli deyil.

Zinçenko bu mövsüm “Mançester Siti” ilə 9 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button