“Mançester Siti”nin finaldakı rəqibi bəlli oldu

Futbol üzrə İngiltərə Federasiya kubokunun hər iki finalçısının adına aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, sonuncu yarımfinal matçında “Uotford” “Vulverhempton”la üz-üzə gəlib. Beş qolun qeydə alındığı qarşılaşmanın əsas vaxtı 2:2 hesabıyla başa çatıb. “Vulverhempton” 36 və 62-ci dəqiqələrdə vurduğu qollarla böyük üstünlük əldə etməsinə baxmayaraq, bunu əldən verib. 79-cu dəqiqədə hesab arasındakı fərqi azaldan “Uotford” 90-cı dəqiqədə də penaltidən vurulan qolla matçın əlavə vaxta getməsinə nail olub. Əlavə vaxtda (104-cü dəqiqə) daha bir qol vuran “Uotford” həlledici oyuna əsiqə qazanıb.

Digər yarımfinal matçında “Mançester Siti” “Brayton”a minimal hesabla qalib gəlib.

Beləliklə, mayın 18-də baş tutacaq həlledici qarşılaşmada “Mançester Siti” ilə “Uotford” üz-üzə gələcək.

İngiltərə Federasiya kuboku, yarımfinal

6 aprel

Mançester Siti – Brayton 1:0

7 aprel

Uotford – Vulverhempton 3:2

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button