Qvardiola: “Bu oyun Premyer Liqanın nə üçün möhtəşəm olduğunu göstərdi”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 7-ci turunda “Liverpul”a qarşı keçirdikləri səfər oyununu (2:2) şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, oyunun möhtəşəm alındığını deyib:

“Möhtəşəm oyun alındı. “Mançester Siti” və “Liverpul” illərdir yüksək səviyyədə çıxış edir, yuxarı pillələrdə yer alır. Bu oyun Premyer Liqanın nə üçün möhtəşəm olduğunu göstərdi.

Qələbə qazana bilmədik, amma məğlub da olmadıq. Nəticəni dəyişmək olmur. Çox güclü futbolçuları və məşqçisi olan bir komandaya qarşı çətin oyun alındı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button