“Çempionluğa yaxınlaşırıq” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 28-ci turunda “Fulhem”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, 3:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Fiziki cəhətdən güclü olan bir komandaya qarşı əla oyun keçirdik. Bizim üçün vacib qələbə idi. Çempionatın bitməsinə 8 oyun qalıb və çempionluğa yaxınlaşırıq. İndi qarşıda iki vacib oyunumuz var.

Serxio Aquero üçün qol vurmaq vacib idi. Bütün komanda əla çıxış edir. Çempionlar Liqasında mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik və uğur qazanmağa çalışacağıq”.

“Mançester Siti” Premyer Liqada 71 xalla liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button