Qvardiola: “Biz onunla yaxın dostuq, ancaq…”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İspaniya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, Qvardiola “Barselona” klubu və baş məşqçisi Ernesto Valverde haqda danışıb:

“Valverde möhtəşəm baş məşqçidir. Biz onunla yaxın dostuq, ancaq bunun onun haqda düşündüklərimlə bir əlaqəsi yoxdur. “Barselona”da iki il ərzində yaxşı işlər gördü, iki dəfə də La Liqanı qazandı.

“Barselona”da çalışacammı? Bu mərhələ artıq keçmişdə qalıb. Ancaq “Kamp Nou” daim mənim ürəyimdə olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button