Qvardioladan Artetaya dəstək

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 3-cü turunda “Arsenal”ı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, 5:0 hesabıyla qələbə qazandıqları görüşü şərh edərkən rəqib komandanın baş məşqçisi Mikel Arteta haqda da fikirlərini söyləyib:

“Arteta ilə birlikdə işləmişik. O, xarakterli biridir və liderdir. Hamımız onu çox sevirik. O, “Mançester Siti”ni tərk edəndə çox məyus olmuşduq.

Onun xarakterinə heyranam. Artetanın “Arsenal”da yaxşı işlər görəcəyinə əminəm. Bir az zamana ehtiyacı var. Hazırda heyətlərində 7-8 zədəli futbolçu var. İstədiyi heyəti formalaşdırsa, yaxşı nəticələr əldə edəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button