“Onun yerinə kimisə tapmaq asan olmayacaq” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola futbolçusu Serxio Aqueronun 2021-ci ildə bitəcək müqaviləsini yeniləməyəcəyini düşünür.

Komanda.az xəbər verir ki, bu barədə ispan mütəxəssis “goal.com”a açıqlamasında deyib. Qvardiola, argentinalı hücumçunun əvəzolunmaz olduğunu deyib:

“Onun yerini doldurmaq çox çətin olacaq. Aquero bizim üçün əvəzolunmaz futbolçudur. Yeni hücumçu gələ bilər, ancaq Aquero kimi olmayacaq. Klub üçün ən vacib an, Çempionlar Liqasının qalibi olmaqdan da üstün olan, Aqueronun KPR klubuna vurduğu qol idi. Onun qolu bir mövsümdə qazanılan 4 kubokdan da vacib idi.

Aquero gec-tez ayrılacaq. Müqaviləsinin müddətini artıracağını düşünmürəm. Qərarı özü verəcək. Onun yerinə kimisə tapmaq asan olmayacaq”.

Aquero 2011-ci ildən “Mançester Siti”də forma geyinir və onun “şəhərlilər”lə müqaviləsi 2021-ci ilin yayına qədərdir. 31 yaşlı hücumçu Premyer Liqada 2011/12 mövsümünün sonuncu turunun KPR-lə matçında, 90+4-cü dəqiqədə qol vuraraq, komandasına 44 il sonra Premyer Liqa çempionluğu yaşatmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button