“O, bizim satılmayacaq yeganə oyunçumuzdur” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola futbolçusu Fil Foden haqda fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Qvardiola, 19 yaşlı yarımmüdafiəçini satmayacaqlarını deyib:

“Biz Fodenlə yeni müqavilə imzalamamışıq. Ancaq o, bizim satılmayacaq yeganə oyunçumuzdur. Hətta 500 milyon avroluq təklif olsa belə, onu satmayacağıq. Foden “Mançester Siti”dən ayrılmayacaq. David Silva komandadan ayrılanda, onun yerini kiminlə dolduracağımızı bilirik”.

“Mançester Siti”nin yetirməsi olan Fodenin hazırkı müqaviləsi 2024-cü ilə qədərdir. İngilis yarımmüdafiəçi bu mövsüm 4 oyunda iştirak edərək, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button