Qvardiola: “500 milyon avro versələr də, onu satmaram”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola futbolçusu Fil Foden haqda açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, gördüyü ən istedadlı futbolçunun Foden olduğunu deyib:

“Yaşına görə Foden gördüyüm ən istedadlı futbolçudur. O, dünyanın ən yaxşısı olmaq üçün bütün xüsusiyyətlərə sahibdir. Foden heç vaxt satmayacağımız oyunçudur. 500 milyon avro versələr də, onu satmaram”.

Foden bu mövsüm 30 oyunda 10 qol vurub və 6 məhsuldar ötürmə edib. 20 yaşlı yarımmüdafiəçi İngiltərə yığmasının da üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button