“O oyunlardan sonra Messi ilə hər şeyi qazanacağımızı başa düşdüm”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Barselona”nın futbolçusu Lionel Messi haqda fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Qvardiola, “Barselona”da olduğu dönəmdə Messini necə kəşf etdiyindən danışıb:

“Mənə gənc komandada bir uşağın olduğunu dedilər. Dedilər ki, çox balacadır, ancaq çox qol vurur və möhtəşəm istedadı var. Onu tanımırdım, bir gün Messi ilə atasını gördüm. Messi çox balaca və utancaq idi. “Həqiqətən, dedikləri qədər yaxşıdırmı” deyə, düşünürdüm.

2008-ci ilin mövsümöncəsi hazırlığında Messi çoxlu qollar vururdu. O oyunlardan sonra Messi ilə hər şeyi qazanacağımızı başa düşdüm”.

Qvardiola 2007/08 mövsümündə “Barselona”nın B, 2008-ci ildən 2012-ci ilə qədər isə əsas komandasında baş məşqçi kimi çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button