Qvardiolanın pis günü

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 8-ci turunda “Vulverhempton”a məğlub olduqları oyundan (0:2) sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, “Liverpul”la aralarındakı xal fərqinin 8 olmasına münasibət bildirib:

“Liverpul”la fərq 8 xal oldu. Fərq bu qədər yüksələndə bunu düşünməmək yaxşıdır. Yalnız oyunumuza köklənib, hər matçı qazanmağa çalışacağıq.

Ən yaxşı günümüzdə deyilik. Oyuna yaxşı başladıq və səbrli olmaq istədik. Ancaq “Vulverhempton” çox yaxşı müdafiə olundu. Sürətli hücumlarla yaratdıqları imkanlar bizi narahat etdi. Bizim üçün pis gün idi”.