Qvardiola: “Hər oyunda 10 qol vura bilmərik”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 4-cü turunda “Lester”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, ispan mütəxəssis, 1:0 hesabıyla bitən görüşü belə şərh edib:

“Qol vurmaq üçün imkanlarımız çox oldu, ancaq dəyərləndirə bilmədik. Bu, bizim üzərində çalışmalı olduğumuz məqamlardan biridir.

Hər oyunda 10 qol vura bilmərik. “Lester” komanda şəklində yaxşı müdafiə olundu. Nə olur olsun, əsas qazanmaqdır. Əsas, belə oyunlardan üç xal əldə etməkdir. Nə qədər qol vurub qazanmağının əhəmiyyəti yoxdur”.