“Mövsümün ən yaxşı oyunlarından birini oynadıq” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqada “Sauthempton”a qarşı keçirdikləri səfər oyununu şərh edib.

Komanda.az xəbər verir ki, “Sky Sports” telekanalına danışan Qvardiola, 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Çox yaxşı oynadıq. Təəssüf ki, ilk hissədə qol buraxdıq. Mövsümün ən yaxşı oyunlarından birini oynadıq. “Sauthempton” inanılmaz dərəcədə müdafiə olunurdu.

Bəli, nəticə istədiyimiz kimi olmadı, lakin əla oynadıq. “Arsenal”ı məğlub etdiyimiz oyundan daha yaxşı oynadıq. Bəzən rəqib yaxşı oynayır, sən qazanırsan”.