“Möhtəşəm mövsüm üçün “Liverpul”a təşəkkür edirəm” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Liverpul”un Premyer Liqada çempion olmasıyla bağlı fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, “Liverpul”u çempionluq münasibətiylə təbrik edib:

“Möhtəşəm mövsüm üçün “Liverpul”a təşəkkür edirəm. Onları təbrik edirəm. Hələ oynamalı olduğumuz 5-6 həftə var. Son illərdə çoxlu titullar qazandıq və aradakı fərqi bağlamaq istəyirik. İkinci mövsümdən sonra fərq daha da böyüdü. Əvvəlki mövsümlərdə olduğu kimi sabit çıxış edə bilmədik. “Liverpul” Çempionlar Liqasını da qazandı və bu, onlarda özünəinam yaratdı. “Liverpul” hər oyunu son kimi oynadı, ancaq biz bunu edə bilmədik. Yenə də, ikinci olduğumuzu unutmamalıyıq. Hələ bir çox komandadan daha yaxşı vəziyyətdəyik”.