Qvardiola “Mançester Siti”dən ayrılır? – açıqlama

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın meneceri Mariya Orobit açıqlama verib.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan menecer, Qvardiolanın “Mançester Siti”də qalacağını deyib:

“Futbolda mümkünsüz heç nə yoxdur. Ötən həftə onunla danışdım və hər şeyin qaydasında olduğunu dedi. Pep “Mançester Siti”dədir və 2021-ci ilin yayına qədər müqaviləsi var. Heç kim Peplə bağlı mənimlə danışmayıb”.

Almaniya mətbuatı Qvardiolanın mövsümün sonunda “Bavariya”ya qayıdacağını iddia edir.