“Mançester Siti”də zədəlilərin son durumu açıqlandı

“Mançester Siti”də zədəli Emerik Laport və Benjamin Mendinin son durumu məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola yerli mətbuata açıqlamasında deyib. Qvardiola, Mendinin 3-4, Laportun isə 1-2 həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Premyer Liqada bu mövsüm 4 oyun keçirən “Mançester Siti” 7 xalla 9-cu sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button