“Mançester Siti”dən Qvardiola ilə yeni müqavilə – RƏSMİ

İngiltərənin “Mançester Siti” klubu baş məşqçi Xosep Qvardiola ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə “şəhərlilər”in rəsmi saytı məlumat yayıb.

49 yaşlı mütəxəssislə iki illik yeni sözləşmə imzalanıb. Müqaviləyə əsasən, o, 2023-cü ilin yayınadək bu komandanı çalışdırmağa davam edəcək.

Qeyd edək ki, Qvardiola 2016-cı ildən “Mançester Siti”nin baş məşqçisidir. İspan məşqçi 2017/18 və 2018/19 mövsümündə Premyer Liqanın qalibi olub. O, daha öncə “Barselona” və “Bavariya”nı da çalışdırıb.