“Mançester Siti”dən “Lids”ə

İngiltərənin “Lids” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, geridə qalan mövsümdə Çempionşipdə çempion olmaqla, Premyer Liqada oynamaq hüququ qazanan sözügedən klub “Mançester Siti”dən Cek Harrisonu icarəyə götürüb.

Bu barədə “Lids”in rəsmi saytı məlumat yayıb. İcarə müddəti bir illikdir.

Harrison 2018-ci ildə “Mançester Siti”yə transfer olunsa da, bu komandada rəsmi oyun keçirməyib. 23 yaşlı forvard son iki mövsümü “Midlsbro” və “Lids”də icarədə keçirib.