“Mançester Siti”dən inamlı qələbə

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında təxirə salınmış bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, 26-cı turdan təxirə salınmış oyunda son çempion “Mançester Siti” “Vest Hem”i qəbul edib.

“Şəhərlilər” bu görüşdə inamlı qələbəyə seviniblər. Nəticədə, ikinci pillədə olan mançesterlilər xallarının sayını 54-ə çatdırıblar. “Vest Hem” isə 24 xalla 18-cidi.

Qeyd edək ki, bu oyun əslində fevralın 9-da keçirilməli idi. Amma həmin günə gözlənilən fırtına səbəbindən təhlükəsizlik məqsədilə qarşılaşmanın başqa tarixə keçirilməsi qərara alınmışdı.

İngiltərə Premyer Liqası, 26-cı turun oyunu

19 fevral

Mançester Siti – Vest Hem 2:0
Qol
: Rodri, 30. De Breyne, 62.