“Mançester Siti”dən ayrıldı, La Liqa klubuna keçdi

İspaniyanın “Valensiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi fransalı müdafiəçi Elyakim Manqalanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Mançester Siti”dən ayrılandan sonra azad agent statusu daşıyan futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, bu, Manqalanın “Valensiya”ya ikinci gəlişidi. O, 2016/17 mövsümündə də La Liqa klubunda icarədə oynayıb.