“Mançester Siti”də yeni müqavilə

İngiltərənin “Mançester Siti” klubu Bernardo Silva ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, tərəflər arasında yeni müqavilənin müddəti 2025-ci ildə başa çatacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Portuqaliyalı yarımmüdafiəçi ilə əvvəlki sözləşmənin müddəti 2022-ci ildə başa çatacaqdı.

İki il əvvəl Fransanın “Monako” klubundan 43 milyon funt-sterlinqə “Mançester Siti”yə transfer olunan 24 yaşlı futbolçu, bu mövsüm İngiltərə təmsilçisinin heyətində 40 oyuna çıxıb, 9 qol vurub.