“Mançester Siti”də 40 illik vida

“Mançester Siti”nin fəxri prezidenti Bernard Helford həyatını itirib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 77 yaşında vəfat edən Helford, bir müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi.

Helford, 40 ilə yaxın “Mançester Siti”də katiblik vəzifəsində çalışıb.