“Arsenal”dan əzmkar qələbə

İngiltərə Premyer Liqasında 16-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma keçirilib.

Turun açılış matçında “Çelsi” ilə “Everton” üz-üzə gəlib. “Zadəganlar” bu görüşdən məğlubiyyətlə ayrılıblar. Lider “Liverpul” bu turda “Bornmut” səfərinə yollanacaq.

Lider “Liverpul” səfərdə “Bornmut”a darmadağın edib. “Tottenhem” “Bernli” ilə ev oyununda 5 cavabsız qola sevinib. “Uotford” – “Kristal Pelas” matçında qapılara qol vurulmayıb.

Turun mərkəzi görüşü Mançester şəhərində keçirilib. “Mançester Siti” doğma azarkeşləri qarşısında “Mançester Yunayted”lə münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı qarşılaşma qonaqların qələbəsiylə başa çatıb.

Bazar günü daha dörd görüş baş tutub. Səfərdə “Aston Villa” ilə qarşılaşan “Lester” ardıcıl 8-ci qələbəsini qazanıb. “Nyukasl” “Sauthempton”u məğlub yola salıb. “Norviç” “Şeffild Yunayted”ə uduzub. “Brayton” – “Vulverhempton” matçında isə qalib müəyyənləşməyib.

Sonuncu gündə “Arsenal” “Vest Hem”lə səfər oyunundan qalib ayrılıb.

İngiltərə Premyer Liqası, 16-cı tur

7 dekabr

Everton – Çelsi 3:1
Qol
: Riçarlison, 5. Levin, 49; 84 – Kovaçiç, 52.

Bornmut – Liverpul 0:3
Qol
: Oksleyd-Çemberleyn, 35. Keyta, 44. Salah, 54.

Tottenhem – Bernli 5:0
Qol
: H.Keyn, 4; 54. Lukas, 9. Son, 32. Sissoko, 74.

Uotford – Kristal Pelas 0:0

Mançester Siti – Mançester Yunayted 1:2
Qol
: Otamendi, 85 – Reşford, 23. Marsyal, 29.

8 dekabr

Aston Villa – Lester 1:4
Qol
: Qriliş, 45+2 – Vardi, 20; 75. İheanaço, 41. Evans, 49.

Nyukasl – Sauthempton 2:1
Qol
: Şelvi, 68. F.Fernandes, 87 – İnqs, 52.

Norviç – Şeffild Yunayted 1:2
Qol
: Tettey, 27 – Stevens, 49. Baldok, 52.

Brayton – Vulverhempton 2:2
Qol
: Maupay, 34. Probber, 36 – Jota, 28; 44.

9 dekabr

Vest Hem – Arsenal 1:3
Qol
: Oqbonna, 38 – Martinelli, 60. Pepe, 66. Obameyanq, 69.

Bombardir: Ceymi Vardi (Lester) – 16 qol.