Sanya Fransa yolunda

“Mançester Siti” və “Arsenal”ın sabiq futbolçusu Bakari Sanya karyerasını Fransada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 36 yaşlı müdafiəçi ilə “Nant” klubu yaxından maraqlanır. Bu barədə “Lequipe” nəşri məlumat yayıb. Xəbərdə, Sanyanın menecerinin Fransa klubu ilə danışıqlar apardığı bildirilir.

Karyerası ərzində “Arsenal”, “Mançester Siti”, “Benevento” kimi klublarda forma geyinən Sanya son olaraq MLS təmsilçisi “Monreal İmpakt”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button