“Mançester Siti” UEFA-nın qərarı ilə razılaşmır

UEFA tərəfindən cəzalandırılan “Mançester Siti” İdman Arbitraj məhkəməsinə (CAS) şikayət edəcək.

Komanda.az xəbər verir ki, bu barədə klub rəsmi bəyanat yayıb. Bəyanatda klubun Arbitraj məhkəməsinə müraciət edəcəyi və məhkəmə prosesinə başlayacağı bildirilir.

UEFA klubu maliyyə feyr-pley qaydalarını pozması səbəbiylə iki mövsümlük avrokubok yarışlarından kənarlaşdırıb. Bundan başqa, “şəhərlilər” 30 milyon avro məbləğində cərimələnib.