“Çelsi” doğma meydanda xal itirdi

İngiltərə Premyer Liqasında 35-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış oyununda “Mançester Siti” doğma azarkeşləri önündə “Tottenhem”i qəbul edib. London klubu bir neçə gün əvvəl Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Mançester Siti”nin qonağı olmuş, 3:4 hesabıyla bitən matçda yarımfinala yüksələn tərəf olmuşdu. Bu oyunda cəmi bir qol qeydə alınıb və yenə Mançester klubu meydanı qələbə ilə tərk edib.

“Nyukasl” “Sauthempton”u məğlub yola salıb. Dörd qolun qeydə alındığı “Vest Hem” – “Lester” matçında qalib müəyyənləşməyib. “Vulverhempton” – “Brayton” görüşündə isə ümumiyyətlə qapılara qol vurulmayıb. “Bornmut” evdə “Fulhem”ə, “Haddersfild” isə “Uotford”a məğlub olub.

Bazar günü daha üç oyun baş tutub. “Mançester Yunayted” “Everton” səfərinə yollanıb. “Qırmızı şeytanlar” darmadağına üzülüblər. “Arsenal” “Kristal Pelas”la ev oyunundan gözlənilməz məğlubiyyətlə ayrılıb. “Kardiff Siti”nin qonağı olan “Liverpul” isə turu inamlı qələbə ilə başa vurub.

Turun qapanış matçında isə “Çelsi” “Bernli”ni sınağa çəkib. Dörd qolun qeydə alındığı matç London təmsilçisinin xal itkisi ilə başa çatıb.

İngiltərə Premyer Liqası, 35-ci tur

20 aprel

Mançester Siti – Tottenhem 1:0
Qol
: Foden, 5.

Bornmut – Fulhem 0:1
Qol
: Mitroviç, 53-pen.

Vest Hem – Lester 2:2
Qol
: M.Antonio, 37. L.Peres, 82 – Vardi, 67. Barnes, 90.

Vulverhempton – Brayton 0:0

Haddersfild – Uotford 1:2
Qol
: Qrant, 90 – Deulofeu, 5; 80.

Nyukasl – Sauthempton 3:1
Qol
: A.Peres, 27; 31; 86 – Lemina, 59.

21 aprel

Everton – Mançester Yunayted 4:0
Qol
: Riçarlison, 13. Siqurdsson, 28. Din, 56. Uolkot, 64.

Arsenal – Kristal Pelas 2:3
Qol
: M.Özil, 47. Obameyanq, 77 – Benteke, 17. Zaha, 61. Makkartur, 69.

Kardiff Siti – Liverpul 0:2
Qol
: Veynaldum, 56. Milner, 81-pen.

22 aprel

Çelsi – Bernli 2:2
Qol
: Kante, 12. İquayn, 14 – Hendrik, 8. Barnes, 24.

Bombardir: Məhəmməd Salah (Liverpul), Serxio Aquero (Mançester Siti) – 19 qol.