“Arsenal” səfərdə, MY evdə xal itirdi

Bu gün İngiltərə Premyer Liqasında 14-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Mançester Siti” “Nyukasl” səfərinə yollanıb və xal itkisi ilə üzləşib.

Lider “Liverpul” bu turda doğma azarkeşləri qarşısında “Brayton”u qəbul edib və növbəti qələbəsini qazanaraq izləyicilərindən bir qədər də aralanıb. “Çelsi” isə “Vest Hem”i qəbul edib və minimal hesabla məğlub olub. “Tottenhem” yeni baş məşqçisi Joze Mourinyonun rəhbərliyi altında növbəti qələbəsini qazanıb.

Sonuncu oyun günündə dörd görüş baş tutub. Səfərdə “Norviç”lə qarşılaşan “Arsenal” turu xal itkisi ilə başa vurub. “Mançester Yunayted” də “Aston Villa” ilə görüşdən xal itkisi ilə ayrılıb. “Vulverhempton” – “Şeffild Yunayted” matçında da qalib müəyyənləşməyib. “Lester” isə “Everton”u məğlub yola salıb.

İngiltərə Premyer Liqası, 14-cü tur

30 noyabr

Nyukasl – Mançester Siti 2:2
Qol
: Villems, 25. Şelvi, 88 – Sterlinq, 22. De Breyne, 82.

Bernli – Kristal Pelas 0:2
Qol
: Zaha, 45+1. Şlupp, 78.

Çelsi – Vest Hem 0:1
Qol
: Kressuel, 48.

Liverpul – Brayton 2:1
Qol
: Van Dayk, 18; 24 – Dank,79.

Tottenhem – Bornmut 3:2
Qol
: D.Alli, 21; 50. Sissoko, 69 – Uilson, 73; 90+6.

Sauthempton – Uotford 2:1
Qol
: İnqs, 78. Uord-Prouz, 83 – Sarr, 24.

1 dekabr

Norviç – Arsenal 2:2
Qol
: Pukki, 21. Kantuel, 45+2 – Obameyanq, 29-pen; 57.

Vulverhempton – Şeffild Yunayted 1:1
Qol
: Doherti, 64 – Mousset, 2.

Lester – Everton 2:1
Qol
: Vardi, 68. İheanaço, 90+4 – Riçarlison, 23.

Mançester Yunayted – Aston Villa 2:2
Qol
: Hiton, 42-öz qapısına. Lindelof, 64 – Qriliş, 11. Minqs, 66.

Bombardir: Ceymi Vardi (Lester) – 13 qol.