“Mançester Siti” futbolçusunu icarəyə verdi

İngiltərənin “Mançester Siti” klubu qapıçısı Ariyanet Muriçi icarəyə verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, kosovolu qapıçı, növbəti mövsümü icarə əsasında “Nottinqem Forest” klubunda keçirəcək.

Eyni zamanda, 20 yaşlı qapıçı “şəhərlilər”lə 2024-cü ilədək nəzərdə tutulan yeni müqavilə imzalayıb.

Qolkiper son mövsümdə 7 matçda iştirak edib.