“Mançester Siti” 2 futbolçu üçün 125 milyon təklif edəcək

“Mançester Siti” “Lester”in iki futbolçusunu transfer etmək istəyir.

Komanda.az xəbər verir ki, “şəhərlilər” Premyer Liqa təmsilçisinin müdafiəçiləri Harri Maquayrı və Ben Çilveli transfer etmək niyyətindədir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Mançester Siti”nin iki futbolçu üçün “Lester”ə 125 milyon funt-sterlinq təklif edəcəyi bildirilir.

Maquayrın “Lester”lə 2023-cü, Çilvelin isə 2024-cü ilə qədər müqaviləsi var.