“Mançester Siti” olmaq istədiyim yerdir, amma…” – Qvardiola

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola komandadakı gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispan mütəxəssis, bu mövsümün sonunda başa çatacaq müqaviləsinin mümkün yenilənməsi ilə bağlı danışıb:

“Burda daha uzun müddət qalmaq istəyirəm. “Mançester Siti” olmaq istədiyim yerdir, amma həm də buna layiq olmalıyam. Klub son 10 ildə öz standartlarını qoruyub və mənim də bunu davam etdirməyim lazımdır. Müqavilənin müddətini uzatmaq üçün ilk növbədə buna layiq olmağım lazımdır. Bu, mövsüm ərzində komandanın çıxışından və inkişafından asılı olacaq.

Klub rəhbərliyi ilk gündən qarşıma hədəf qoymayıb. Futbolçularımla birlikdə işimi əlimdən gəldiyi qədər yaxşı yerinə yetirməyə icazə verirlər. Bu klubda hər şey uğura bağlıdır”.