“Mançester Siti” onu geri qaytarmayacaq

“Mançester Siti”nin futbolçusu Pedro Porro Portuqaliyada qala bilər.

Komanda.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi icarə əsasında çıxış etdiyi “Sportinq” tərəfindən transfer edilə bilər. Lissabonlular onun transfer hüququnu almağa qərar verib. Klub bu transferi mövsümün sonunda rəsmən açıqlamağı planlaşdırır.

23 yaşlı müdafiəçi ilə üç illik müqavilə bağlanacaq. 

Pedro cari mövsümün 33 matçında 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button