“Liverpul” “Arsenal”ı məğlub yola saldı

Futbol üzrə İngiltərə Premyer Liqasında 3-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. Turun açılış matçında “Mançester Yunayted” “Brayton”un qonağı olub. Beş qolun qeydə alındığı matçıda “qırmızı şeytanlar” dramatik qələbəyə seviniblər.

Ötən tur doğma meydanda “Liverpul”a məğlub olan “Çelsi”, bu dəfə “Vest Bromviç”in qonağı olub. Altı qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.

“Everton” səfərdə “Kristal Pelas”dan üstün olub. “Sauthempton” isə “Bernli” səfərindən minimal hesabla qalib dönüb.

Bazar günü daha dörd qarşılaşma baş tutub. Səfərdə “Şeffild Yunayted”lə qarşılaşan “Lids” minimal hesabla qalib gəlib. “Mançester Siti” “Lester”lə, “Tottenhem” isə “Nyukasl”la qarşılaşıb. Mançester təmsilçisi doğma meydanda darmadağına üzülübsə, London klubu da qələbəni son anda əldən verib. “Vest Hem” isə “Vulverhempton”u darmadağın edib.

Son gündə iki qarşılaşma baş tutub. Səfərdə “Fulhem”lə qarşılaşan “Everton” darmadağına sevinib. Turun mərkəzi görüşü Mersisaydda keçirilib. Son çempion “Liverpul” “Enfild Roud”da “Arsenal”ı sınağa çəkib. Dörd qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

İngiltərə Premyer Liqası, 3-cü tur

26 sentyabr

Brayton – Mançester Yunayted 2:3
Qol
: Maupay, 40-pen. Mark, 90+5 – Dank, 43-öz qapısına. Reşford, 55. B.Fernandes, 90+10-pen.

Kristal Pelas – Everton 1:2
Qol
: Kuyate, 26 – Kalvert, 10. Riçarlison, 40-pen.

Vest Bromviç – Çelsi 3:3
Qol
: Robinson, 4; 25. Bertli, 27 – Mount, 55. Hodson-Odoi, 70. Abraham, 90+3.

Bernli – Sauthempton 0:1
Qol
: İnqs, 5.

27 sentyabr

Şeffild Yunayted – Lids 0:1
Qol
: Bemford, 88.

Tottenhem – Nyukasl 1:1
Qol
: Lukas, 25 – Uilson, 90+7-pen.

Mançester Siti – Lester 2:5
Qol
: Mahrez, 4. Ake, 84 – Vardi, 37-pen; 54; 58-pen; Meddison, 77. Tilemans, 88-pen.

Vest Hem – Vulverhempton 4:0
Qol
: Bouen, 17; 57. Souçek, 66. Haller, 90+3.

28 sentyabr

Fulhem – Aston Villa 0:3
Qol
: Qriliş, 4. Targett, 15. Minqs, 48.

Liverpul – Arsenal 3:1
Qol
: Mane, 28. Robertson, 34. Jota, 88 – Lakazette, 25.

Bombardir: Dominik Kalvert-Lyuin (Everton), Ceymi Vardi (Lester) – 5 qol.