“Mançester Siti”nin 2 futbolçusu sıradan çıxdı

“Mançester Siti” klubunun iki futbolçusu sıradan çıxıb.

Komanda.az xəbər verir ki, “şəhərlilər”in müdafiəçisi Kayl Uolker və Kevin de Bruyne zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu Premyer Liqanın 1-ci turundan təxirə salınmış “Aston Villa” ilə oyunda (2:0) zədələnib.

Kevin və Uolkerin son durumu tibbi müayinədən sonra bilinəcək.