“Mançester Siti”də ciddi itki – 4-6 həftə olmayacaq

“Mançester Siti” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “şəhərlilər”in yarımmüdafiəçisi Fernandinyo zədələnib. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

35 yaşlı futbolçu Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun “Portu” ilə matçında (3:1) zədələnib. Fernandinyonun ən azı 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.