Qvardiolaya 5 illik müqavilə təklifi

“Mançester Siti” klubu baş məşqçisi Xosep Qvardiolanın müqaviləsinin müddətini artırmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, “şəhərlilər” ispan mütəxəssisə yeni – 5 illik sözləşmə təklif edib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Qvardiola yeni sözləşməyə imza atacağı təqdirdə, illik 20 milyon funt-sterlinq məvacib alacaq. Hazırkı müqaviləsi 2021-ci ilin yayına qədər olan 48 yaşlı baş məşqçi illik 15 milyon funt-sterlinq qazanır.