“Mançester Siti” kubok matçına onsuz çıxacaq

“Mançester Siti” İngiltərə Federasiya kubokunun 1/4 final mərhələsində “Nyukasl”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, “şəhərlilər” bu gün keçiriləcək qarşılaşmada Con Stounzun köməyindən istifadə edə bilməyəcək. Bu barədə “Mançester Siti”nin mətbuat xidməti məlumat yayıb.

Komandanın son məşqində zədələnən 26 yaşlı müdafiəçi “Nyukasl”la görüşü buraxacaq.

Bu gün keçiriləcək “Nyukasl” – “Mançester Siti” matçı saat 21:30-da start götürəcək.