Atası Silvanın gələcəyindən danışdı: “Mənə dedi ki, orda 40 yaşına qədər futbol oynaya bilər”

“Mançester Siti” ilə müqaviləsinin müddəti bu ayın sonunda bitəcək David Silva karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə ispan yarımmüdafiəçinin atası Fernando İtaliya mətbuatına açıqlamasında deyib:

“David İtaliya futbolunun azarkeşidir. Silva mənə dedi ki, orda 40 yaşına qədər futbol oynaya bilər. David “Latsio”ya keçsə, çox xoşbəxt olaram. Onun La Liqaya qayıtması da demək olar ki, mümkün deyil”.

David Silva karyerası ərzində İspaniya La Liqası və İngiltərə Premyer Liqasında çıxış edib. Yarımmüdafiəçi 2010-cu ildən “Mançester Siti”nin formasını geyinir.