Niderland klubundan “Mançester Siti”yə – rəsmi

“Mançester Siti” heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, “şəhərlilər” Niderlandın “Utrext” klubundan Mikki van Sası transfer edib. Bu barədə “Utrext” klubunun rəsmi saytı məlumat yayıb.

“Utrext”in U-17 komandasında forma geyinən 16 yaşlı qapıçının “Mançester Siti”yə transferinin detalları açıqlanmayıb.