“Mançester Siti” ona qiymət qoydu – Azı 100 milyon avro!

“Mançester Siti” futbolçusu Leroy Sanenin transfer dəyərini müəyyənləşdirib.

Komanda.az xəbər verir ki, 23 yaşlı futbolçunu transfer etmək istəyən klub ən azı 100 milyon avro ödəməlidir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Sane ilə “Bavariya” klubu yaxından maraqlanır. Münhen təmsilçisi alman hücumçu üçün 80 milyon avro təklif etsə də, “Mançester Siti” bu təklifi rədd etmişdi.

2016-cı ildən “Mançester Siti”də çıxış edən Sanenin müqaviləsi 2021-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button