“Liverpul”la oyundan əvvəl “Mançester Siti”də ciddi itki

“Mançester Siti” ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “şəhərlilər”in futbolçusu David Silva zədələnib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Əzələsində ağrılar olan ispan yarımmüdafiəçinin Premyer Liqanın 12-ci turunun “Liverpul”la oyununda iştirakı sual altındadır.

“Liverpul” – “Mançester Siti” görüşü noyabrın 10-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button