“Mançester Siti” Bundesliqadan futbolçu alır

“Arminiya”nın qapıçısı Stefan Orteqa “Mançester Siti”yə keçəcək.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı almaniyalı futbolçu İngiltərə klubu ilə müddəti 2025-ci il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalayacaq.

Orteqanın iyunun 30-da Bundesliqa klubu ilə müqaviləsi başa çatdığından, o, “Mançester Siti”yə azad agent kimi keçəcək.

Orteqa ötən mövsüm “Arminiya”nın heyətində 35 oyuna çıxıb və 59 qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button