“Mançester Siti” bizdən daha yaxşı komandadır, amma…” – Klopp

Çempionlar Liqasının final matçında “Tottenhem”lə qarşılaşacaq “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, turnir və “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola haqqında danışıb:

“Premyer Liqanı qazanmaq Qvardiola üçün daha vacib idi. O, bir müddətdir Çempionlar Liqasının final oyununda iştirak etmir. Məni səhv anlamayın, hamımız bilirik ki, dünyanın ən yaxşı baş məşqçisi Qvardioladır. O, bütün təriflərə layiqdir. Mən sadəcə, Çempionlar Liqasının Premyer Liqadan daha vacib olduğunu deyirəm.

Pep “insanlar Kloppu Çempionlar Liqasında qalib olsa, uğurlu hesab edəcəklər” deyib. Onun nə qədər lüks problemləri olduğunu görürük. Bütün mövsümümüz onlarla Premyer Liqada qalib olmaq üçün yarışmaqla keçdi. Amma artıq başqa bir kubok üçün mübarizə aparırıq. Biz Çempionlar Liqasında onlardan daha uğurluyuq. “Mançester Siti” bizdən daha yaxşı komandadır, amma Çempionlar Liqasında qalib gəlsək, onlardan daha yaxşı bir mövsüm keçirmiş olacağıq”.

“Liverpul”la “Tottenhem” arasında keçiriləcək final oyunu iyunun 1-də, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button