Hərəyə 1 qol, 1 xal

İngiltərə Premyer Liqasında 17-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış oyununda lider “Liverpul” “Uotford”u sınağa çəkib və inamlı qələbəyə sevinib. Mersisayd təmsilçisinin ən yaxın izləyicisi “Lester” isə doğma meydanda “Norviç”lə qarşılaşıb və xal itkisi ilə üzləşib.

“Çelsi” bu turda “Bornmut”a uduzub. “Bernli” “Nyukasl”ı, “Şeffild Yunayted” “Aston Villa”nı məğlub yola salıb. “Sauthempton” da “Vest Hem”lə ev oyunundan məğlub ayrılıb.

“Mançester Yunayted” “Everton”u sınağa çəkib. Bu qarşılaşma heç-heçə başa çatıb. Turun mərkəzi görüşü Londonda keçirilib. “Liverpul”dan 14 xal geridə qalaraq, çempionluq yarışından uzaqlaşan “Mançester Siti” səfərdə “Arsenal”ın qonağı olub. “Şəhərlilər” bu görüşdə darmadağına seviniblər. “Tottenhem” də səfərdə “Vulverhempton”a qalib gəlib.

Sonuncu oyun günündə “Kristal Pelas”la “Brayton” heç-heçəyə razılaşıb.

İngiltərə Premyer Liqası, 17-ci tur

14 dekabr

Liverpul – Uotford 2:0
Qol
: Salah, 38; 90.

Bernli – Nyukasl 1:0
Qol
: Vud, 58.

Çelsi – Bornmut 0:1
Qol
: Qoslinq, 84.

Lester – Norviç 1:1
Qol
: Krul, 38-öz qapısıa – Pukki, 26.

Şeffild Yunayted – Aston Villa 2:0
Qol
: Flekk, 50; 73.

Sauthempton – Vest Hem 0:1
Qol
: Haller, 37.

15 dekabr

Mançester Yunayted – Everton 1:1
Qol
: Qrinvud, 77 – Lindelof, 36-öz qapısına.

Vulverhempton – Tottenhem 1:2
Qol
: Traore, 67 – Lukas, 8. Vertongen, 90+1.

Arsenal – Mançester Siti 0:3
Qol
: De Breyne, 2; 40. Sterlinq, 15.

16 dekabr

Kristal Pelas – Brayton 1:1
Qol
: Zaha, 76 – Maupay, 54.

Bombardir: Ceymi Vardi (Lester) – 16 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button