“Mançester Siti” 70 milyonluq transferə hazırlaşır

“Mançester Siti” “Atletiko”nun futbolçusu Rodriqonu transfer etmək niyyətindədir.

Komanda.az xəbər verir ki, “şəhərlilər” yayda Rodriqonun müqaviləsində olan “70 milyon avroya sərbəst qalır” maddəsindən istifadə edərək, 22 yaşlı yarımmüdafiəçini heyətinə qatacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Xəbərdə, Fernandinyonun yaşının çox olduğu və İlkay Gündoğanın “Mançester Siti” ilə yeni müqavilə imzalamağa müsbət yanaşmadığı üçün baş məşqçi Xosep Qvardiolanın Rodriqonun transferini israrla istədiyi bildirilib.

“Atletiko” ilə 2023-cü ilə qədər müqaviləsi olan Rodriqo, bu mövsüm 42 oyunda iştirak edərək, 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button