“Mançester Siti” 129 illik rekordu təkrarladı

“Mançester Siti” İngiltərə Premyer Liqasının 37-ci turunda “Lester”i minimal hesabla məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “şəhərlilər” sözügedən qarşılaşmada yeni uğura imza atıblar. Belə ki, “Mançester Siti” Premyer Liqada ardıcıl iki mövsümdür bütün klubları ən azı bir dəfə məğlub etməyi bacarır.

“Mançester Siti” bununla da, Premyer Liqada 129 illik rekordu təkrarlayıb. Sonuncu dəfə belə göstəriciyə “Preston” klubu nail olub. “Preston” 1988/89 və 1989/90 mövsümlərində Premyer Liqada iştirak edən bütün klubları ən azı bir dəfə məğlub etməyi bacarıb.