“Malaqa”dan ayrıldı, Super Liqa klubuna keçdi

Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi son olaraq İspaniyanın “Malaqa” klubunun formasını geyinən Cenk Göneni heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti mövsümün sonuna qədərdi. Cenk yeni komandasında 12 nömrəli formanı geyinəcək.

Cenk Gönen “Malaqa”ya 2017-ci ildə transfer olunmuşdu. 31 yaşlı qolkiper karyerası ərzində “Göztəpə”, “Dənizlispor”, “Altay”, “Beşiktaş” və “Qalatasaray”da da çıxış edib. Təcrübəli qolkiper Türkiyə millisində də 2 oyuna çıxıb.