Makqreqor nokautla məğlub oldu

Mütləq döyüş çempionatının (UFC) sabiq çempionu Konor Makqreqorla Dastin Porye arasında görüş keçirilib.

Komanda.az xəbər verir ki, Əbu-Dabidə keçirilən döyüşdə Porye qələbə qazanıb. Qarşılaşma ikinci raundda texniki nokautla qurtarıb.

Bu, Makqreqorla Poryenin ikinci qarşılaşmasıdır. 6 il əvvəl keçirilən döyüşdə Makqreqor qalib gəlmişdi.

Daha əvvəl bildirilmişdi ki, karyerasını başa vurmuş Həbib Nurməhəmmədov Makqreqor-Porye döyüşünün qalibi ilə qarşılaşa bilər.