“Makkabi”nin baş məşqçisi “Qarabağ”la oyun haqda: “Bu baxımdan çətin oldu”

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsrailin “Makkabi” (Təl-Əviv) klubunun baş məşqçisi Yorqos Donis açıqlama verib.

Komanda.az İsrail mətbuatına istinadən xəbər verir ki, “Qarabağ”la qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən oyunu (1:0) tribunadan izləyən mütəxəssis, bunları deyib:

“Bəzən kənardan baxanda müəyyən üstünlüklər olur. Amma oyunçuların məşqçinin yaxınlığını hiss etmələri vacibdir. Bu baxımdan çətin oldu. Lakin önəmli olan qələbə qazanmağımızdır”.

“Qarabağ”ın yer aldığı İ qrupunda “Makkabi”dən başqa, İspaniyanın “Vilyarreal” və Türkiyənin “Sivasspor” klubları mübarizə aparır.