“Qarabağ”ın rəqibindən yeni transfer

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsrailin “Makkabi” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Təl-Əviv təmsilçisi Tanzaniyanın “Azam” klubundan Novatos Disması transfer edib. Futbolçuyla anlaşmanın detalları açıqlanmayıb.

“Qarabağ” turnirin qrup mərhələsindəki ilk oyunda “Makkabi”yə 0:1 hesabı ilə məğlub olub.

“Köhlən atlar” Avropa Liqasının İ qrupunda “Vilyarreal” (İspaniya), “Makkabi” (İsrail) və “Sivasspor”la (Türkiyə) mübarizə aparır.