Mahmudovun komandası yenə uduzdu

Gənclər arasında təşkil olunan Almaniya Bundesliqasının cənub zonasında 21-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Murad Mahmudovun formasını geyindiyi “Frankfurt” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Nürnberq”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3. Murad bu görüşün iştirakçısı olmayıb.

Frankfurt təmsilçisi 21 turdan sonra 9 xalla 14 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button